Menu
Geri İrəli

«Azərikimya»da 20 yanvar günü ilə bağlı tədbir keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Yanvar 2015 • Baxış sayı: 737 dəfə • Şərh yoxdur
Share Button

o (9)  «Azərikimya» İB-də xalqımızın qəhrəmanlıq tarixinin unudulmaz səhifəsi olan  20 yanvar günü ilə bağlı tədbir keçirilmişdir

 Yanvarın 19-da «Azərikimya» İstehsalat Birliyinin akt zalında 20 Yanvar faciəsinin  25-ci ildönümü ilə əlaqədar geniş anım tədbiri keçirilmişdir. Birlik əməkdaşları işə gələrkən ilk növbədə Baş idarənin foyesində yaradılmış və xalqımızın azadlığı uğrunda mübarizədə həlak olmuş 20 yanvar şəhidlərinin xatirəsinə həs olunmuş güşəni ziyarət etmiş, xüsusi tərtib olunmuş stendin önündəki postamentin üzərinə təzə-tər qərənfillər düzmüşlər.

«Azərikimya» İB-nin əməkdaşları ilə birgə Sumqayıt Dövlət Universitetinin, YAP Sumqayıt şəhər təşkilatının, Sumqayıt Bələdiyyə­sinin, Sumqayıtın Tarixi muzeyinin və mətbuat nümayəndələrinin də iştirak etdiyi anım mərasimlərində öncə faciə qurban­larının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən natiqlər qeyd etmişlər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən ge­cə Sovet imperiyasının nə­həng hərb maşını müstəqillik uğrunda aparılan milli azadlıq mübarizəsini qan gölündə boğmaq üçün bir neçə istiqamətdən Bakı üzərinə yeridilmiş, XX əsrdə insanlığa qarşı törədilmiş zorakılığın, qeyri-insani rəftarın, işgəncələrin ən dəh­şətlilərindən biri olmaqla, hər birimizin yaddaşına «qanlı şənbə ge­cəsi» kimi həkk olunan, yalnız yüzlərlə insanlara yox, bütövlükdə xalqımıza, millətimizə və respublika­mıza qarşı cinayət aksiyası həyata keçirilmişdir.

o (13)

Anım mərasimində «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev çıxış edərək qeyd etmişdır ki, 20 Yanvar faciəsi öz torpaqlarının müdafiəsinə qalxmış, haqsızlığa və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış, bunun müqabilində güclü və qansız düş­mən­lə üz-üzə qalmış dinc, əliyalın insanların mərdlik, rəşadət, qürur və qəh­rəmanlıq tarixidir. Natiq Azərbaycanın azadlığı və torpaqlarımızın müdafiəsi uğrunda canla­rını qurban vermiş soydaşlarımızın xatirəsinin xalqımızın qəlbin­də daim yaşayacağına əmin olduqlarını bildirmişdir.

Xatirə tədbirində 20 Yanvar faciəsi ilə bağlı çəkilmiş sənədli filmlərdən fraqmentlər nümayiş olunmuş, şəhərdəki 33 saylı tam orta məktəbin şagirdlərinin ifasında vətənpərvərlik ruhlu ədəbi-bədii kompozisiya təqdim edilmişdir.

o (1)

o (11)

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın