Menu
Geri İrəli

“Azərikimya”da Soyqırım günü ilə əlaqədar geniş tədbir keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Mart 2014 • Baxış sayı: 322 dəfə • Şərh yoxdur

04 (1)“Azərikimya” İstehsalat Birliyində  31 mart – Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar geniş tədbir keçirilmişdir

“Azərikimya” İstehsalat Birliyində  31 mart – Azərbaycanlıların Soyqırımı günü ilə əla­qədar kimyaçıların və şəhər ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə tədbir keçiril­mişdir. Tədbiri “Azərikimya” İstehsalat Birliyinin Müşahıdə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev giriş sözü ilə açmış, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmışdir.

Sonra Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlı azərbay­canlilarin soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış etmiş,  iştirakçıların bir sıra suallarını cavablandırmışdır.

Natiq vurğulamışdır ki, 1918-ci ilin martında əsasən ermənilərdən təşkil olunan 10-12 min nəfərlik «Qırmızı qvardiya» ordusu bolşevik­lərlə birləşərək sovet haki­miyyəti qurmaq adı altında Bakıda hakimiyyəti ələ keçirdilər.

Martın 30-dan aprelin 2-dək üç ıün ərzində Stepan Şaumyanın rəhbərlik etdiyi terror dəstələri Bakıda və Bakı ətrafında 30 minə yaxın günahsız soydaşımızı xüsusi amansızlıqla, qəddarlıqla qətlə yetirmişlər.

Eyni zamanda, Zəngəzur Şamaxı Quba qəzalarında, həmçinin İrəvan quberniyasında 100 minlərlə azərbaycanlı amansızlıqla soyqırıma məruz qalmış, Azərbaycanın yüzlərlə şəhər və kəndi dağıdılmış, yandırılmış və talan edilmişdir. Ümumilikdə erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında 700 min­dən çox azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdür.

Tədbirdə qeyd olunmuşdur ki, ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırmı cinayətlərinə əsl hüquqi-siyasi qiymət Ulu öndər Heydər Əliyevin imzaladığı «1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiya edilməsi haqqında» 18 dekabr 1997-ci il və «Azərbaycanlıların soy­qırımı haq­qında» 26 mart 1998-ci il tarixli fərmanları ilə verilmişdir. Hər il mart ayının 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan olunması tarixi yaddaşımıza işıq salmış, xalqın milli oyanış və vətənpərvərlik ruhunun formalaş­masında əvəzsiz rol oynamışdır.

Bununla belə möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi «bizim siyasi-diplomatik və informasiya-təbliğat mübarizəsi sahəsində görməli olduğumuz işlər çoxdur. Bu yolda imkanlarımızı səfərbər etməli, daha səmərəli işləməliyik». Qarşımızda duran əsas vəzifələr xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında bugünkü və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi  və hüquqi qiymət verilməsinə nail olmaqdır.

Tədbirin sonunda “Soyqırım” adlı sənədli film nümayiş olunmuş, iştirakçılara tarixçi-alim Musa Qasımlının ““Erməni məsələsi”ndən “erməni soyqırımı”na: gerçək tarix axtarışında (1724-1920)” kitabı təqdim edilmişdir.

Qeyd edək ki, 31 mart – Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar tədbirlər “Azərikimya” İstehsalat Birliyin struktur bölmələrində də keçirilmişdir.

02 (1)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın