Menu
Geri İrəli

«Azərikimya»da “Xəmsə” – bilik yarışı keçiril­ib

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Mart 2014 • Baxış sayı: 811 dəfə • Şərh yoxdur

0 (6)«Azərikimya» İstehsalat Birliyinin təşki­latçılığı ilə  “Xəmsə” – bilik yarışı keçiril­mişdir

Novruz bayramı ərəfəsində ARDNŞ-nin «Azərikimya» İstehsalat Birliyinin təşki­latçılığı ilə respublikamizin bir sıra  ali təhsil ocaqlarını, orta ixtisas  məktəblərini, idarə və təşkilatlarını təmsil edən komandalar arasında “Xəmsə” – bilik yarışı keçiril­mişdir.

“Azərikimya” İB-nin struktur bölmələrinin və ARDNŞ-nin Ekologiya İdarəsinin də təmsil olun­duğu yarışlara Bakı və Sumqayıt Dövlət Universitetlərinin, Bakı Ali Neft Məktəbinin, Qafqaz və Təfəkkür Universitetlərinin,  Müəl­limlər İnstitutunun, ARDNŞ-nin Təlim, Tədris və Sertifi­kat­laş­dırma  İda­rəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinin, Sum­qayıt Dövlət texniki kollecinin və digər müəssisələrin komandaları da daxil olmaqla 14 komanda qatılmışdır.

Qeyd edək ki, 14-23 mart tarixləri arasında bir sıra beynəlxalq günlər – Ümumdünya Çaylar günü, Ümümdünya Torpaq günü, Ümumdünya Su resursları günü, Beynəlxalq Meşə günü və Ümumdünya Meteoroloq günü qeyd edildiyindən bilik yarışmasının əsas sualları bu mövzulardan təşkil olunmuşdur.

Yarış iştirakçılarının xüsusi fəallığı, münsiflər heyətinin, o cümlədən “Xəmsə” və “Breyn-rinq” yarışları üzrə mütəxəssislərin ciddi nəzarəti ilə keçirilən, üç mərhələdən ibarət olmaqla  dörd  saata qədər davam edən bilik yarışmasında öz yüksək bilik səviyyəsi və geniş dünyagörüşə malik olmaları, hazırcavablıqları ilə seçilən Müəllimlər İnstitutunun komandası birinci, Qafqaz Universitetinin  və «Azərikimya» İstehsalat Birliyinin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuşlar.

Qalib komandalara «Azərikimya» İB tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olunmuşdur. Yarışda fərqlənən daha iki komanda – Bakı Ali Neft Məktəbinin və Bakı Dövlət Universitetlərinin komandaları fəxri-fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın