Menu
Geri İrəli

«Azərikimya»da yeni inzibati-məişət binası istifadəyə verilib

Müəllif: sumqayitxeber.com • Tarix: 21 İyul 2014 • Baxış sayı: 370 dəfə • Şərh yoxdur

6343«Azərikimya» İstehsalat Birliyində istehsalatların yenidən qurulması, müasir avadanlıqların və mütərəqqi texnologiyaların tətbiqi ilə yanaşı kimyaçıların iş və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atılır. İyulun 18-də Etilen polietilen zavo-dunun mühüm əhəmiyyət daşıyan sexlərindən biri olan 30 saylı Məhsulun qəbulu, saxlanılması və hazır məhsulun buraxılması sahəsinin əməkçiləri üçün ikimərtəbəli yeni, müasir standartlara cavab verən inzibati-məişət binasının istifadəyə verilməsi bunun bir nümunəsidir.

İnzibati otaqları, geniş yeməkxananı, rahat soyunub-geyinmə, isti və soyuq su ilə təmin olunmuş duş otaqlarını, sanitar qovşağını və digər yardımçı otaqları əhatə edən yeni inzibati binanın təhvil verilməsi ilə həm Məhsulun qəbulu, saxlanılması və hazır məhsulun buraxılması sahəsinin əməkçiləri, həm də Nəqliyyat və xüsusi texnika İdarəsinin 1 saylı dəmiryol sahəsinin işçiləri əvvəllər üzləşdikləri bir sıra çətinliklərdən azad olmuşlar.

Yeni inzibati bina Birliyin Təmir-tikinti İdarəsi tərəfindən inşa olunmuş və lazımi avadanlıqlarla təchiz edilmişdir. Sahənin ərazisi abadlaşdırılmış, 100-ə yaxın müxtəlif ağac və bəzək kolları əkilmiş, təhlükəsizlik nişanları və maarifləndirici plakatlarla təmin olunmuşdur.

İlin sonuna kimi, müəssisənin ehtiyac duyulan digər sahə və istehsalatları üçün də müasir standartlara cavab verən inzibati və məişət binalarının tikintisi nəzərdə tutulur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın