Menu
Geri İrəli

Azərikimyadan aztəminatlı ailələrin uşaqlarına dəstək – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Sentyabr 2014 • Baxış sayı: 405 dəfə • Şərh yoxdur

Sentyabrın 8-də “Azərikimya” İstehsalat Birliyinin akt zalinda yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Sumqayıtda yaşayan aztəminatlı ailələrin üzvləri ilə görüş keçirilmişdir. Görüşdə müxtəlif məhəllə və mikrorayonlarda yaşayan və şəhərin 10-a yaxın məktəbini əhatə edən maddi imkanları məhdud 25 nəfər ibtidai sinif şagirdi və onların valideynləri iştirak etmişdir.
«Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev şagirdləri yeni tədris ilinin başlanması münasibətilə təbrik etmiş, onlara təhsillərində uğurlar arzulamışdır.
Tədbirdə «Azərikimya» İstehsalat Birliyi və Birlik Həmkarlar İttifaqı Komitəsi tərəfindən şagirdlərə məktəbli geyimləri və dərs ləvazimatları təqdim olunmuşdur.
Çıxış üçün söz alan valideynlər göstərilən diqqət və qayğıya görə Birlik rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.

1422467_797136093642992_4056569750594084406_n 10346523_797134440309824_1937386842020420315_n 10649865_797134343643167_6828086490946235060_n 10665790_797135553643046_7478812999934607671_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın