Menu
Geri İrəli

“Azərikimya”nın kollektivi şəhid abidələrini ziyarət etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Yanvar 2014 • Baxış sayı: 237 dəfə • Şərh yoxdur

61272620 yanvar Ümumxalq hüzn günü ilə bağlı “Azərikimya” İstehsalat Birliyinin mərkəzi aparatının kollektivi Sumqayıtda vətənimizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış  abidələri ziyarət ediblər.

Kimyaçılar abidələr üzərinə tər qərənfillər düzüblər, ehtiramlarını bildiriblər. Sonra kimyaçılar Sumqayıt şəhər 34 nömrəli orta məktəbdə olublar. Məktəbin foyesində 20 Yanvar  Ümumxalq hüzn günü ilə bağlı şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiyaya tamaşa ediblər. Eyni zamanda, tədbirdə vətənpərvərliyi tərənnüm edən şeirlər də səsləndirilib.  Məktəbin direktoru Bayaz Novruzova  20 Yanvar hadisələrinin tarixi səbəbləri haqqında məlumat verib.  Digər çıxışçılar da  bu qanlı hadisələr haqqında fikirlərini bölüşüblər. O qeyd edib ki, “Qanlı tarix” illər, əsrlər ötsə də, insanlarımızın xatirələrində hər zaman yaşayacaq. Bu, həqiqətən də Azərbaycanın salnaməsinə yazılmış qanlı tarixdir.

Bildirilib ki, qanlı faciədən 24 il keçməsinə baxmayaraq, bütün xalqımız o fəlakətli gecənin ağrılarını yaşayır,azadlıq uğrunda qurbanların xatirəsini əziz tutur. Hər il milyonlarla insan şəhidlərimizin əbədi xatirəsini dərin ehtiramla yad edir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın