Menu
Geri İrəli

Bədii gimnastika üzrə 19-cu Azərbaycan birinciliyində sumqayıtlı idmançılar da iştirak edib

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Noyabr 2012 • Baxış sayı: 187 dəfə • Şərh yoxdur

Bakıda cümə günü bədii gimnastika üzrə cari ilin yekun yarışı – 19-cu Azərbaycan birinciliyi baş tutub.

Trend-in məlumatına görə, Bakı Olimpiya İdman Kompleksində keçirilən yarışlar beş yaş qrupuna (1997-1999, 2000-2001, 2002, 2003 və 2004-cü il təvəllüdlü) bölünüb, ümumilikdə isə 93 gimnast iştirak edib.Gimnastlar yalnız çoxnövçülükdə medallar uğrunda mübarizə aparıblar.Yarışlarda Neftçi və Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi və Spartak, DİN-in İdman Cəmiyyəti və Sərhədçi, Bakı PİK və Nizami rayonunun UGYM-nin gimnastları ilə yanaşı, Xırdalan, Gəncə, Qusar və Sumqayıt idmançıları da iştirak ediblər.Milli.Az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın