Menu
Geri İrəli

Bəylər Əyyubovun bacısı oğlunun həbsə salınmasının şok sirri

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Sentyabr 2013 • Baxış sayı: 249 dəfə • Şərh yoxdur
Share Button

 

Osman İsayevin əndazəni aşan hərəkətlərinə görə cəzalandırılmasına generalın özünün göstəriş verdiyi bildirilir; prezidentin şəxsi mühafizə xidmətinin rəhbərini qəzəbləndirən nə olub?..

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bu yaxınlarda bir qrup gənci həbs edib. İctimaiyyətdən gizlin saxlanılan bu həbsin şok təfərrüatları moderator.az-a daxil olub. Belə ki, həbs edilən 4 nəfər gəncdən ikisi prezidentin şəxsi mühafizə xidmətinin rəisi, general Bəylər Eyyubovun yaxın qohumlarıdır.

Saytın araşdırmasına görə, generalın bacısı oğlu Osman İsayev, onun əmisi oğlu Rauf İsayev və daha iki gəncin həbsi ilə bağlı istintaq prosesi də artıq yekunlaşıb.
4 gəncin həbsinə səbəb isə “Yeni Həyat” yaşayış binasında Osman İsayevin liftdə bir nəfərlə mübahisə etməsi olub. Gənclər arasında mübahisə onların bir-birinə əl qaldırması ilə nəticələnib. Ortada heç bir xəsarətin, şikayətin və uzunmüddətli ictimai qaydanın pozuntusu olmasa da “bandotdel” generalın qohumunu və mübahisənin sonunda oraya gələn daha 3 nəfəri həbs edib. Araşdırma zamanı o da bəlli olub ki, həbs edilən gənclərin heç bir günahı yoxdur.
Bəylər Eyyubovun qohumunu müdafiə etməməsi isə istintaqın qərəzli aparılması ilə nəticələnib. Belə ki, generala yanlış məlumat verərək, guya qohumlarının xuliqanlıq etdiyi bildirilib. Halbuki istintaqda bu sübuta yetirilməyib.
Artıq Xətai Rayon Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə həbs edilən 4 gəncin məhkəmə prosesi keçirilib. Proses 40-a yaxın məhkəmə nəzarətçilərinin və 30 polis əməkdaşının nəzarəti altında keçirilib. Prosesi izləmək istəyən jurnalist polis və nəzarətçilər tərəfindən məhkəməyə buraxılmayıb.
Son prosesdə hakim həbs edilənləri son söz verib, lakin gənclər hələ buna hazır olmadıqlarını deyib. Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Həbs edilənlərin yaxınları sayta bildiriblər ki, ortada zərərçəkən yoxdur. İlkin məhkəmə prosesində istintaqın zərərçəkən kimi tanıdığı adam şikayətçi olmadığını bildirib. Ancaq məhkəmə buna məhəl qoymur. İndiyədək verilən vəsatətlərin heç biri qəbul edilməyib.
Tutulanların yaxınları onu da qeyd edib ki, gənclərə “bandotdel”də dəhşətli işgəncələr verilib.
Həbs edilənlər Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunurlar.
Nəzərə çatdıraq ki, Bəylər Əyyubovun qohumlarının adları zaman-zaman kriminallarda hallanıb. Ancaq maraqlısı odur ki, hər dəfə onlar kimisə döyüb, sonda özləri haqlı çıxıblar, yaxud da törətdikləri cinayətlərə görə həbs olunmayıblar. Ancaq bu dəfə Osman İsayevin həbsə alınmasını təəccüb doğurmaya bilməz. Bunun səbəbləri barədə araşdırma apararkən maraqlı iddialarla da rastlaşdıq. Həmin iddiaya görə, Osman İsayev həbsindən bir neçə gün qabaq hakimiyyətin tanınmış simalarından birinin ünvanına ağır sözlər işlədib. Bu xəbər yuxarılara çatdırılıb, Bəylər Əyyubov özü də məsələdən xəbər tutduqda bu hərəkətinə görə Osman İsayevin cəzalandırılması barədə göstəriş verib. Bundan bir neçə gün sonra isə onu digər şəxslərlə birlikdə xuliqanlıqda ittiham edərək tutublar.
T.ƏHMƏDLİ, “Yeni Musavat”
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın