Menu
Geri İrəli

BABA TAĞIYEV Goradil, Fatmayı Məhəmmədi və Digah kəndlərində seçicilərlə görüşüb

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Oktyabr 2010 • Baxış sayı: 207 dəfə • Şərh yoxdur

44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən deputatlığa namizəd BABA TAĞIYEV Goradil, Fatmayı Məhəmmədi və Digah kəndlərində seçicilərlə görüşüb

APA-nın məlumatına görə, olduqca səmimi şəraitdə keçən görüşlərdə deputatlığa namizəd parlamentdəki ötən beş illik fəaliyyəti ilə bağlı fikirlərini bölüşərək öz seçkiqabağı platformasını seçicilərinin diqqətinə çatdırıb: “Mən hələ 90-cı ilin əvvəllərindən ulu öndər Heydər Əliyevin yanında ola bilməsəm də, daima onun qoyub getdiyi yolda olan insanam. Mən Azərbaycanda milli dəyərlərin, demokratik dəyərlərin və islam dəyərlərinin inkişafı yolundayam”. Yüzlərlə insanın iştirak etdiyi görüşdə Baba Tağıyev çoxsaylı sualların hamısı cavablandırılıb. Məhəmmədi kəndində yerli sakinlərdən Təranə Əliyeva, Yusifəli Məlikov, Digah qəsəbəsindən isə Üzeyir İsgəndərov, Kamran Həşimov və digərləri çıxış edərək, namizədin gördüyü işlərdən danışıb.

Oktyabrın 25-də günün deputatlığa namizəd Baba Tağıyevin Goradil ve Fatmayı kəndlərində seçicilərlə görüşü olub. APA-nın məlumatına görə, Baba Tağıyev seçicilər qarşısında çıxış edərək onların problemlərinin həllinə yardım edəcəyini və haqlarının müdafiəsi zamanı daim yanlarında olacağını qeyd edib. Görüşlərdə Goradil və Fatmayı kənd sakinləri Ağababa Məmmədov, Bəhruz Gülağa oğlu, Məhərrəm Məhərrəmov, Məhəbbət Sultanov, Qarabağ müharibəsi veteranı Rüfət Zeynalov çıxış ediblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın