Menu
Geri İrəli

“Bakı 2015 Avropa Oyunları”na dəstək məqsədi ilə Sumqayıt Gəncləri ilə görüşlər keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Yanvar 2015 • Baxış sayı: 597 dəfə • Şərh yoxdur

1-ci avropa oyunlari

12-14 yanvar 2015-ci il tarixlərində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunda müxtəlif sahələri təmsil edən gənclər ilə birgə “Sumqayıt Gəncləri – Bakı2015 Avropa Oyunlarına dəstək olaq!” devizi altında “Bakı Avropa Oyunları 2015” haqqında təbliğat-təşviqat xarakterli görüşlər keçirilib.

Görüş zamanı Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2012-ci il ölkəmizdə “İdman ili” elan olunduğu, bu ilin Azərbaycan idmanı üçün bir sıra əlamətdar hadisələrlə yadda qaldığı qeyd olunmuş, belə hadisələrdən birinində 2012-ci il dekabrin 8-də İtaliyanın paytaxtı Romada keçirilən Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında tarixdə ilk dəfə Avropa Oyunlarının Bakıda təşkil olunması barədə qərarın qəbul edilməsi xüsusi vurğulanmışdır.

Keçiriləcək Avropa Oyunları zamanı oyunun təşkilati məsələlərinə dəstək olan könüllü gənclərin böyük təcrübə qazanmaq, peşəkar kollektivlə iş, məşğulluğunun təmin edilməsi və böyük tarixi tədbirin bir hissəsi olmaq imkanlarının yaranacağı barədə məlumat verilmişdir.

Eyni zamanda görüşdə“Sumqayıt Gəncləri – Bakı 2015 Avropa Oyunlarına dəstək olaq!” adı altında Baş İdarə tərəfindən hazırlanmış və özündə“Bakı Avropa Oyunları 2015” oyunlarının iştirakçısı və könüllüsü olmağın qayda və prosedurlarını əks etdirən bukletlər görüş iştirakçılarına paylanılmışdır.

 Baku2015 buklet 0

Facebook Şərhləndirmə:

Şərhinizi yazın