Menu
Geri İrəli

“Bakı-2017”nin su səyahətinin iştirakçıları Sumqayıtda – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 5 May 2017 • Baxış sayı: 773 dəfə • Şərh yoxdur

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin iştirakçıları mayın 5-də Sumqayıta gəliblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın 15 bölgəsindən keçən bu səyahət turu xalqımıza idman bayramı əhval-ruhiyyəsi bəxş etməklə bərabər, eyni zamanda, həmrəylik və sevinc hissi də nəsib edib. Xatırladaq ki, Prezident İlham Əliyevin iştirakı ilə aprelin 5-də Bakıda Xəzərdən başlayan su səyahətinə start verilib. Mayın 5-də su səyahətinin iştirakçıları marşrutun sonuncu ünvanına – Xəzər dənizinin sahilinə yetişiblər.

Prezident təqaüdçüsü, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Məmməd Eyvazov, yunan-Roma güləşi üzrə gənclər arasında Avropa çempionu, dünya kubokunun gümüş medal mükafatçısı Nofəl Babayev və futbol həvəskarı Səlim İmranlı “Bakı-2017”nin misdən hazırlanmış səhəngini Sumqayıtda Xəzərin sahilindən su ilə dolduraraq, axşam keçiriləcək festivala yollanıblar.

Sonra “Domestic Grassroots” proqramı çərçivəsində Sumqayıt Olimpiya İdman Kompleksində “Sport joys – Regional idman tədbiri” keçirilib. IV İslam Həmrəyliyi Oyunlarının təbliğatı və gənclərin idmana cəlb edilməsi məqsədi ilə reallaşan tədbirdə müxtəlif idman müsabiqələri təşkil olunub.

Tədbirin qonaqları arasında Oyunların idmançı səfiri İlham Zəkiyev, ulduz səfirlər Rəfael İsgəndərov, Coşqun Rəhimov, Müşviq Abbasov və Hacı Nuran da var idi.

Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar. Musiqili-əyləncəli idman tədbiri iştirakçılara xoş anlar yaşadıb. Qaliblərə mükafatlar təqdim olunub.

14939785791409158529_1000x669 14939785794045236160_1000x669 14939785794175532981_1000x669 14939785794353036124_1000x669 14939785795176852406_1000x669 1493978579920864743_1000x669 1493981067208294716_1000x669 14939810676239359067_1000x669 1493981067814961888_1000x669

Facebook Şərhləndirmə:

Şərhinizi yazın