Menu
Geri İrəli

Bakı ilə Sumqayıt birləşəcək? – EKSPERT RƏYİ

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Noyabr 2013 • Baxış sayı: 302 dəfə • 1 şərh

sumqayit1

“Artıq Bakının mərkəzində tikinti üçün yer yoxdur. Yalnız köhnə evlər qalıb. Onları da məlum səbəblərdən sökmək olmaz. Mənim yaşadığım ev 1909-cu ildə tikilib. Bu tip binaları o vaxt başqa meyarlar əsasında tikiblər. Düşünməzdilər ki, bir əsr sonra vəziyyət bu qədər dəyişəcək. Şəhərin mərkəzi hissələrində bəzi yerlər var ki, orada binalar sökülməli və yerində park tikilməlidir ki, nəfəs almağa hava olsun”.

sumqayitxeber.com Milli.Az-a saytına istinadən bildirir ki, bu sözləri  “Эхо” qəzetinə müstəqil iqtisadçı Oktay Haqverdiyev deyib.

Onun sözlərinə görə, Bakı kənarlara doğru genişlənir.

“2030-cu ildə Bakı və Sumqayıt şəhərlərinin birləşməsi ilə bağlı dövlət proqramı var. Bu, çox maraqlı və effektiv proqramdır. Ancaq onu az piar edirlər. Başqa sözlə, proqrama əsasən, 2030-cu ildə Bakı ilə Sumqayıt birləşəcək”, – o əlavə edib.

O.Haqverdiyev deyib ki, bu iki şəhərin birləşməsi prosesi hazırda gedir.

“Bu günlərdə mən Bakıdan Sumqayıta gedirdim. Əsas hissələrdə dinamik templərlə tikintilər gedir. Düzdü, prosesin plansız getməsi narahatçılıq yaradır. Ancaq Bakı ilə Sumqayıt arasında çoxlu yaşayış massivləri tikilib. Lazım olan bütün infrastruktur yaradılıb”, – ekspert vurğulayıb.

Milli.Az

Facebook Şərhləndirmə:

“Bakı ilə Sumqayıt birləşəcək? – EKSPERT RƏYİ” yazısına bir cavab

  1. Arzu deyir:

    bu gunden sabaha umud yoxdu,bunlar 2030 cu ilden daniwirlar,goren biz ne vaxta qeder bow bow yazib daniwacayiq,realliqdan daniwin,gorduyunuz iwlerden.

Şərhinizi yazın