Menu
Geri İrəli

Bakı ilə Sumqayıt arasında sürətli tramvay çəkiləcəkmi?

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Oktyabr 2014 • Baxış sayı: 944 dəfə • Şərh yoxdur
Share Button

301088 301088_500 301088_501Bir neçə il öncə Azərbaycanın nəqliyyat nazirliyi Estakada nəqliyyatı ilə bağlı planlarını açıqlamışdı. 2011-ci ilin sentyabrında nazirliyin nəqliyyat siyasəti və iqtisadiyyatı şöbəsinin o vaxtkı müdiri Sədrəddin Məmmədov demişdi ki, Bakı Beynəlxalq Avtovağzalından Sumqayıta qədər sürətli tramvay xətti çəkilə bilər. 

 

Onun sözlərinə görə, sürətli tramvaylar komfortlu olacaq. Bu nəqliyyat növü ətraf mühitin çirklənməsinin də qarşısını alacaq.

 

Maraqlıdır ki, görəsən, bu layihənin axırı necə oldu? Axı açıqlamanın üstündən 3 il keçib.

 

“Bakıdan Sumqayıta qədər tramvay estakadalarının tikintisi nəzərdə tutulmayıb”.
Bu sözləri Day.Az saytına “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, əvvəllər belə bir söhbət gedirdi, ancaq bu gün həmin məsələ “Azəryolservis”-in gündəmində deyil.
“Ümumiyyətlə, dövlət proqramında estakada yolların çəkilişi nəzərdə tutulmayıb. Hazırda proqrama uyğun olaraq avtomobil yollarının, piyada keçidlərinin, yol qovşaqları və yol ötürücülərinin tikintisi davam edir. Biz daha çox bu cür obyektlərin tikintisinə diqqət yetiririk. Bildiyiniz kimi, Bakı-Sumqayıt yolunun 6-9-cu kilometrində yolun ötürücülük qabiliyyətinin artırılması üçün genişmiqyaslı işlər görülür”, – qurum rəsmisi əlavə edib.

 

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın