Menu
Geri İrəli

Bakı metrosu yanvarın 6-dək xüsusi rejimdə çalışacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Dekabr 2013 • Baxış sayı: 346 dəfə • Şərh yoxdur
Share Button

metroDünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramlarında və elan edilmiş istirahət günlərindən başlayaraq yanvarın 6-dək Bakı Metropoliteni xüsusi iş rejimində çalışacaq.

«APA-Economics»in məlumatına görə, bu barədə Bakı Metropoliteninin hərəkət xidmətinin rəisi Hidayət Məmmədov bildirib.

 Onun sözlərinə görə, Bakı metrosu sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək məqsədilə lazım olan bütün tədbirlər planını artıq hazırlayıb: «Bu günlər üçün iş vaxtı və qatarların hərəkət cədvəli ilə bağlı məsələlər artıq həllini tapıb. Stansiyalarda növbətçilik sistemi də müvafiq tələblərə uyğun olaraq gücləndiriləcək. Xüsusən, dekabrın 31-də metropolitendə sərnişin tələbatından asılı olaraq, iş rejiminə dəyişiklik edilə bilər».

 H.Məmmədov diqqətə çatdırıb ki, artıq ehtiyat qatarların ayrılması ilə bağlı qərar verilib: «Ehtiyac olarsa, metropoliten saat 24:00-da yekunlaşan iş vaxtını bir qədər də uzada bilər. Gücləndirilmiş iş rejiminə əsasən, bütün tədbirlər görülüb. Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə, tələbatdan asılı olaraq, iş vaxtı bir qədər uzadıla bilər. Sonrakı istirahət günlərində isə qatarların hərəkəti, ənənə üzrə, istirahət və bayram günlərinə uyğun təşkil ediləcək və işimizi sərnişin axını müəyyən edəcək. Həmin günlərdə də tələbat duyularsa, ehtiyat qatarların xəttə buraxılması mümkündür».

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın