Menu
Geri İrəli

Bakı-Sumqayıt avtobus marşrutunda qiymət qalxıb(?)

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Sentyabr 2010 • Baxış sayı: 1,188 dəfə • 3 şərh

Samir Həsənov: “Bununla bağlı Sumqayıt şəhər Nəqliyyat Departamentilə əlaqə saxlayın”
Gündəlik Bakı-Sumqayıt marşrutlarından istifadə edən sərnişinlər sentyabrın 15-dən Sumqayıtdan Bakı istiqamətində hərəkət edən marşrutlarda gediş haqlarının qaldırıldığını bildiriblər. Sərnişinlər, həmçinin, əhalinin gediş-gəlişini təmin etmək üçün marşruta buraxılan avtobusların sayının azlığından gileylənir. Bu isə, öz növbəsində, səhərlər işə və dərsə tələsən əhalinin haqlı narazılığına səbəb olub.

Faktın nə dərəcədə doğru olub-olmadığını aydınlaşdırmaq üçün Nəqliyyat Nazirliyinin mətbuat xidmətilə əlaqə yaratmağa çalışdıq. Nazirliyin ictimayyətlə əlaqələr şöbəsindən suallarımızı cavablandıran olmadı.

Məsələyə münasibət bildirmək üçün Bakı şəhər Sərnişin Nəqliyyatı MMC-nin rəhbəri Samir Həsənovla əlaqə yaratmağa çalışdıq. Fakta münasibət bildirməkdən imtina edən qurum rəhbəri bunun onlardan asılı olmadığını və Sumqayıt şəhərinə aidiyyəti qurumun cavabdeh olduğunu vurğuladı: “Bu məsələlərə biz məsuliyyət daşımırıq. O ki, qaldı Sumqayıt şəhəri sərnişin daşımaları ilə bağlı yaranmış problemə, ona da regional departament cavabdehlik daşıyır. Bununla bağlı Sumqayıt şəhər Nəqliyyat Departamentilə əlaqə saxlayın”. Qurum rəhbəri yaranmış problemdə Nəqliyyat Nazirliyinin mövqeyinin nədən ibarət olduğunu bilmədiyini əlavə etdi.

Yaranmış problemlə bağlı Sumqayıt şəhər Nəqliyyat Departamentilə açdığımız telefon zəngləri isə cavabsız qaldı.

Bakı Xəbər qəzeti

Facebook Şərhləndirmə:

“Bakı-Sumqayıt avtobus marşrutunda qiymət qalxıb(?)” yazısına 3 cavab

  1. Ayaz Ata deyir:

    men geidb gelirem heleki 40 qepikdir.
    sadece bakida avtovagzalda 20 yanvara geden 10 qepiye marshurutlarin qiymeti 20 qepik olub…
    fikir vermeyin cibiniz dolu olsun:-)

  2. sabina deyir:

    gundelik neqliyyatdan men de istifade edirem amma hele bele bir problemle uzlesmemisem..sadece marsurtlarin azligi problemi seher saatlarinda daha cox hiss olunur.bir de ki 284 nomreli marsurtun gedisi haqqi 10 qepik qaldirilib…

  3. Ramil deyir:

    Düzdür gediş-gəlişdə problemlər mövcuddur. xüsusən də sentyabrın 15-dən sonra. 111 saylı marşurut səhərlər nəzərdə tutulduğu sxem üzrə avtobusları saxlamırlar.

Şərhinizi yazın