Menu
Geri İrəli

Bakı-Sumqayıt dəmir yolu ətrafında yaşayan köçkünlər köçürüldü

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Avqust 2015 • Baxış sayı: 681 dəfə • Şərh yoxdur

demir yolu3Bakı-Sumqayıt dəmir yolu xətti ətrafında xeyli sayda qanunsuz tikililərdə məskunlaşmış məcburi köçkünlər artıq ərazidən köçürülüblər.

Bunu “Report”a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, hazırda ərazidə ancaq iki ailə qalıb və onlar kompensasiya alaraq, yaxın günlərdə ərazini tərk edəcəklər.

Xatırladaq ki, avqustun əvvəlində qurumun rəhbərliyi dəmir yollarının ətrafında qanunsuz inşa olunan tikililərin sayının həddindən artıq çox olduğunu və yeni qeydiyyata alınmadan sonra bütün sənədlərin hökumətə təqdim olunacağını bildirmişdi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın