Menu
Geri İrəli

Bakı-Sumqayıt dəmir yolunda 16 km yol artıq təmir olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Aprel 2015 • Baxış sayı: 420 dəfə • Şərh yoxdur
Share Button

dy1Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri davam edir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun AZADİNFORM-a verdiyi xəbərə görə, hazırda daha 3,4 km yolun təmirinə başlanılıb. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə start verilib.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib və bu günə kimi 16 km yol əsaslı təmir olunub.

Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.

Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur.

Əsaslı təmir işləri başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın