Menu
Geri İrəli

Bakı-Sumqayıt dəmir yolunda vəziyyət necədir?

Müəllif: sumqayitxeber.com • Tarix: 6 İyul 2015 • Baxış sayı: 757 dəfə • Şərh yoxdur
demir yoluBu günə kimi artıq 52 km yol əsaslı təmir olunub.
Bakı-Xırdalan-Sumqayıt dəmir yolu sərnişin sahəsində Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün nəzərdə tutulan 1,65 km uzunluğunda yeni birləşdirici yolda artıq torpaq işlərinə başlanılıb. Bu haqda “Report”a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunda bu günə kimi artıq 52 km yol əsaslı təmir olunub.

“Hazırda Bakı sərnişin stansiyasında 3-cü platformada işlər yekunlaşıb və 4-cü platforma quraşdırılır. Həmçinin sərnişinlərin “28 May” metro stansiyasına çıxması üçün tunelin salınması işlərinə başlanılıb”, – deyə QSC-dən əlavə edilib.
Bütün əsaslı təmir işləri başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın