Menu
Geri İrəli

Bakı-Sumqayıt dəmiryolu ilə 8 qatar hərəkət edəcək

Müəllif: Sumqayitxeber.com • Tarix: 10 Sentyabr 2015 • Baxış sayı: 430 dəfə • Şərh yoxdur
Share Button
Foto: Bakı-Sumqayıt dəmiryolu ilə 8 qatar hərəkət edəcək / Cəmiyyət

Bakı-Xırdalan-Sumqayıt dəmiryolu xəttində ilkin mərhələdə 8 qatar hərəkət edəcək. Bunu Trend-ə “Azərbaycan Dəmir Yollları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, Bakı-Sumqayıt dəmiryolunun əsaslı təmiri tam başa çatıb və qatarlar bu marşrut üzrə sentyabrın 15-dən hərəkət etməyə başlayacaqlar.

N.Əzməmmədov qeyd edib ki, ilkin mərhələdə xətdə 8 qatar hərəkət edəcək: “Onlardan üçü “Stadler” şirkətindən alınmış KISS ikimərtəbəli elektrik qatarları, beşi isə Riqadan aldığımız qatarlardır. Onların hamısı artıq Bakıya gətirilib və istismara hazırdır. Qlan iki “Stadler” qatarı isə Minsk zavodundadır və ilin sonunda Azərbaycana gətiriləcək”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın