Menu
Geri İrəli

Bakı-Sumqayıt ikimərtəbəli sürət qatarlarından FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 21 May 2015 • Baxış sayı: 2,057 dəfə • Şərh yoxdur

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda olub.

sumqayitxeber.com xəbər verir ki, Zavodla tanışlıq zamanı “Stadler Rail Group” şirkətinin baş direktoru Peter Şpuler onun fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, “Stadler Minsk” zavodu MDB məkanında mövcud olan geniş zolaqlı dəmir yolları üçün tərkib heyətlərinin istehsalı üzrə ixtisaslaşıb.
C. Qurbanov “Stadler Minsk” zavodunda Azərbaycan Dəmir Yolu üçün istehsal olunan KİSS markalı ikimərtəbəli elektrik qatarına baxış keçirib.

Mayın 24-də KİSS markalı iki ikimərtəbəli elektrik qatarı yola salınacaq, iyunun 2-də Azərbaycana çatacaq.

Qeyd edək ki, iyunun 5-də Bakı-Sumqayıt sürət qatarının istifadəyə verilməsi planlaşdırılır.

sumqayitxeber.com Bakı-Sumqayıt ikimərtəbəli sürət qatarlarından fotoları təqdim edir:

 

11355611_10153339292449173_889237478_n 11263784_10153339286459173_107476235_n 11119942_10153339293639173_356194359_n 11117501_10153339293569173_1539442037_n 36 35 34 33

Facebook Şərhləndirmə:

Şərhinizi yazın