Menu
Geri İrəli

Bakı-Sumqayıt istiqamətində avtobusların sayı kəskin azalıb

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Fevral 2012 • Baxış sayı: 201 dəfə • Şərh yoxdur
Share Button

Fevralın 7-dən səhər saatlarından etibarən Bakı-Sumqayıt və Sumqayıt-Bakı istiqamətində hərəkət edən iri avtobusların sayı kəskin azalıb

“Mərkəz”in məlumatına görə, fevralın 7-də səhər saatlarında xəttə ümumiyyətlə iri avtobus çıxmayıb. Yalnız günün 2-ci yarısından sonra bəzi orta tutumlu avtobuslar xəttə çıxıb. Bu gün də səhər paytaxta gəlmək istəyən Sumqayıt sakinləri avtobus tapa bilməyiblər. Sərnişinlər Lent.az-a bildirib ki, avtobus sürücüləri ümumiyyətlə hava şəraiti yaxşılaşmayanadək işə çıxmamağı qərara alıblar.

Sürücülər bunu qiymətin aşağı olması, sərnişindaşıma şirkətlərinin texniki məsələləri və riskləri qarşılamaması ilə əlaqələndiriblər. Onların bildirdiyinə görə, avtobuslara donuşluğa qarşı antifriz vurulmur. Bu səbəbdən də gecə səhərədək avtobusu qarajda işlək vəziyyətdə saxlamağa və səhər yenidən mühərriki sönməmiş maşınla yola çıxmalı olurlar. Bu isə əlavə yanacaq sərfi və xərc deməkdir.

Nəqliyyat Nazirliyinin şöbə müdiri Namiq Həsənov məsələ ilə bağlı məlumatsız olduğunu bildirib: “Əgər belə bir hal varsa, araşdırılacaq. Ümumiyyətlə hazırda şimal istiqamətində yolların vəziyyəti yaxşı deyil. Qiymət məsələsinə gəldikdə isə, bu, bizim deyil, Tarif Şurasını səlahiyyətinə aiddir. Hansı sürücü qiymətlərdən razı deyil, gedib başqa yerdə işləyə bilər”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın