Menu
Geri İrəli

Bakı-Sumqayıt qatarı ilə Siyəzənə gedib çıxan vətəndaşın hekayəsi

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Sentyabr 2015 • Baxış sayı: 1,075 dəfə • 1 şərh

1442739989_12042660_10153199629837362_3837439278411779975_nFacebook sosial şəbəkəsində oxuculardan biri başına gələn maraqlı əhvalat paylaşıb.
“Bu gün başıma gələnləri sizlərə danışmaq istəyirəm. Demək bu gün (19.09.2015) saat 17.30-da Dəmir Yolu Vağızalına gəldim ki, ilk dəfə 40 DƏQİQƏYƏ Sumqayıta getməli olan yeni sürət qatarına (məncə adı tısbağa qatarı olmalı idi) minim. Vağzala çatanda məlum oldu ki, 18.25 getməli olan qatarı təxirə salıblar və ancaq 19.25 də olana minə bilərəm. Artıq gəldiyim üçün geri qayıtmadım, avtomatdan biletimi aldım (bu arada onu deyim ki, biletlər yer ilə deyil. Yəni qatara minmək bir vaxtlar 20 yanvarda Sumqayıt mikroavtobuslarına minməyə oxşayır. Hamı bir-birini itələyir yer tutmaq üçün. Hətta ayaq üstə gedənlər və pilləkənlərdə oturanlar var idi. Və başladım gözləməyə. Saat yetişdi və qatar tam 19.25-də hərəkət etdi. Amma yolda bizim təcrübəli maşinistimiz relsləri səhvsaldı və gedib çıxdıq Siyəzənə. Siyəzəndə maşinist düşüb ətrafdakı evlərdən gəldiyi yerin hara olduğunu öyrəndikdən sonra başladıq geri getməyə.

Beləliklə 40 DƏQİQƏYƏ gəlməli olan qatar tam 2 saata gəldi. Bələdçiləri qatarda sadəcə ortada gəzmələri üçün qoyublar. Heç bir şeydən xəbərləri yoxdur. Bakıda “probkaları” aradan qaldırmaq istəyən hökümət rəsmilərinə səslənirəm. Əgər niyyətiniz budursa, gediş haqqını niyə 40 yox 80 qəpik etmisiniz? Bundan başqa Bakıda 10 adama 4 maşın düşür, amma Tokioda 10 adama 9 maşın düşür. Amma orda tıxaclar olmur. Demək ki, tıxacın avtomobil sayı iləəlaqəsi yoxdur. Bunun üçün yol infrostrukturunu və pulla sürücülük vəsiqəsi alan sürücülərimizin başlarını düzəltmək lazımdır. Ümid edirəm ki, tezliklə rayon maşınlarının Bakıya girişinə icazə verilər. Ən azından Konsitutsiya qanunlarının və insan haqlarının kəskin şəkildə pozulduğuna görə.
Bu arada bu son minişim idi bu Bakı-Siyəzən, çaşdım Bakı-Sumqayıt qatarına…
Xeberle.com

Facebook Şərhləndirmə:

“Bakı-Sumqayıt qatarı ilə Siyəzənə gedib çıxan vətəndaşın hekayəsi” yazısına bir cavab

  1. Edik deyir:

    Deyirem gardas sesinizi cixardmayin ! Yoxsa siyezenin de yol hakkini sizden alarlar

Şərhinizi yazın