Menu
Geri İrəli

Bakı-Sumqayıt qatarı neçə nəfərlik olacaq? – AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 12 May 2015 • Baxış sayı: 1,390 dəfə • 1 şərh
Share Button

201505120009054 vaqondan ibarət yeni qatar Stadler şirkəti tərəfindən hazırlanıb.

“Azərbaycan dəmir yolu nəqliyyatının inkişafı” Dövlət proqramı çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC İsveçrənin Stadler şirkətindən Bakı-Sumqayıt dəmir yolu xətti üzrə sərnişindaşımanı həyata keçirəcək beş ədəd ikimərtəbəli elektrik qatarı alıb və onlar yaxın günlərdə Bakıya gətiriləcək.  Oxu.Az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, yeni qatarlarda sərnişinlər üçün bütün şərait yaradılıb.

“Wi-fi sistemi işləyəcək. Qatar 919 nəfər sərnişin götürür. Ümumilikdə isə 396 oturacaq yeri var. Onlardan 84-ü biznes-klass sayılır”, – deyə, QSC rəsmisi bildirib.

N.Əzməmmədov qeyd edib ki, Sumqayıtdan Bakıya gələn qatar Bakı sərnişin stansiyasında dayanacaq və elə buradan da sərnişinləri götürüb geriyə qayıdacaq.

Yeni qatar Bak-Sumqayıt arasındakı məsafəni cəmi 40 dəqiqəyə qət edəcək:

“Hazırda dəmir yolunda əsaslı təmir işləri aparılır. Ümumilikdə 63 km təmir olunmalıdır.  Yolun 30 kilometri artıq hazırdır. Yeni qatarlarda kondisioner quraşdırılıb, sərnişinlər üçün bütün zəruri şərait yaradılıb”.

sumqayitxeber.com

Facebook Şərhləndirmə:
Share Button

“Bakı-Sumqayıt qatarı neçə nəfərlik olacaq? – AÇIQLAMA” yazısına bir cavab

  1. Dr.Fred deyir:

    Qiymeti bes.?

Şərhinizi yazın