Menu
Geri İrəli

Bakı-Sumqayıt qatarına bilet neçəyə olacaq?

Müəllif: sumqayitxeber.com • Tarix: 5 İyun 2015 • Baxış sayı: 945 dəfə • Şərh yoxdur

214225Bakıdan Sumqayıta tezliklə qatarla gediş-gəliş reallaşacaq. Dünən – iyunun 3-də prezident İlham Əliyev bu dəmir yolu xəttində görülən yenidənqurma işləri ilə tanış olub. Hələlik, bu xətt üzrə iki qatar işləyəcək.

“Azərbaycan Dəmiryolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, ilin sonuna kimi daha 4 müasir qatar alınacaq:

“Hələlik, Bakı Sərnişin stansiyasından Koroğlu Metrostansiyasına qədər qatarlar işləyəcək. Bakı-Sumqayıt qatarı Avropa Oyunlarından sonra işləyəcək. İkimərtəbəli, 4 vaqonlu qatarlarda hər cür şərait yaradılıb. İki vaqon artıq alınıb, ilin sonuna kimi daha 4 belə vaqonun alınması gözlənilir. Bundan başqa Riqadan da elektrik qatarlarının alınması nəzərdə tutulur”.

Bakı-Sumqayıt gediş haqqı 1 manatdan çox olmayacaq…

Nadir Əzməmmədov deyir ki, Bakı-Sumqayıt qatarlarında gediş haqları müəyyənləşdirilir:

“Bir sərnişinin Bakıdan-Sumqayıta gediş-gəlişi öyrənilir. Məlum olur ki, bu hardasa, 1 manatdır. Dəmir yolu ən ucuz nəqliyyat vasitəsidir. Biz gediş haqqı ilə bağlı təkliflərimizi hazırlayıb, Tarif Şurasına göndərəcəyik. Qiymətləri Tarif Şurası müəyyənləşdircək. Yəqin ki, gediş haqqı 1 manatdan çox olmayacaq”.

45 dəqiqəyə Sumqayıta gedib-gəlmək mümkündür.

Bəs, qatarlar hansı vaxt intervalı ilə işləyəcək? Nadir Əzməmmədov hazırda bununla da bağlı araşdırmaların aparıldığını, sərnişin sıxlığının daha çox müşahidə edildiyi vaxtlar qatarlar işləyəcək:

“Hələlik, ancaq iki qatar var. Bu o deməkdir ki, bir qatarda hardasa 920 nəfər sərnişin gedə biləcək. Qatarlar orta hesabla saatda 63 kilometr sürətlə hərəkət edəcək. Bu o deməkdir ki, hər saatbaşı qatarlar yola düşə bilər. İlin sonunda, qatarların sayı artandan sonra, vaxt intervalı daha da azalacaq”.

Sumqayıt-Bakı qatarı haradan keçəcək?

Qatarlarda sutkada təxminən, 30-35 min sərnişinin daşınması gözlənilir.

Ümumilikdə, 91 kilometr yolun ilk 55 kilometrliyində işlər yekunlaşıb. Sərnişinlər mənzilbaşına Bakı-Biləcəri-Sumqayıt qatarı ilə 40 dəqiqəyə, Bakı-Zabrat-Sumqayıt qatarı ilə 52 dəqiqəyə çata biləcəklər. Dairəvi dəmir yolu üzərində 23 stansiya və dayanacaq olacaq. Bakı-Biləcəri-Sumqayıt qatarı Keşlə, Biləcəri və Xırdalandan keçəcək. Bakı-Zabrat-Sumqayıt üzrə hərəkət edəcək qatar isə – “Koroğlu”, Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı dayanacaqları var.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın