Menu
Geri İrəli

Bakı-Sumqayıt qatarına daş atanlar cərimələnə bilərlər

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Noyabr 2015 • Baxış sayı: 726 dəfə • Şərh yoxdur
Share Button

“Son günlər BakıSumqayıt qatarına daş atılması halları artıb.

“Sonuncu hadisə ötən gün Biləcəri istiqamətində qatarın hərəkəti vaxtı baş verib. Bununla bağlı da iki uşaq saxlanılıb. Biz kütləvi informasiya vasitələrində (KİV) nə qədər bu mövzuya toxunsaq da, sakinlərlə qatarlara zərər verməmələri üçün nə qədər danışıqlar aparsaq da heç bir nəticə vermir”.

Bunu ANS PRESS-ə açıqlamasında Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib. Onun sözlərinə görə, qatarlara xəsarət yetirilməsinin qarşısını almaq üçün artıq Koroğlu istiqamətinə müəyyən yerə qədər hər iki tərəfli dəmir və betonlar vasitəsi ilə çəpərləmə işləri aparılıb. Sumqayıt istiqamətində hərəkət xəttində nəzarətçilər də daim ərazidə gəzirlər ki, qatarlara hansısa bir xəsarət yetirilməsin:

“Biz bu mövzunun həllində bəzən acız qalırıq. Çünki bu yola əl atanlar daha çox azyaşılar olduğu üçün onlar haqqında tədbir görülə bilmir. Həmin əməlləri törədənləri yaşları ilə əlaqədar olaraq KİV-də işıqlandıra bilmirik. Ancaq bu məsələdə bütün iş valideynlərin üzərinə düşür. O, öz övladını bu yoldan çəkindirməlidir. Övladları saxlanılan valideyn söhbət zamanı o, bu əməli törədənin uşaq olduğunu deyərək haqq qazandırmağa çalışır”.


Nadir Əzməmmədov- QSC-nin mətbuat katibi

Xidmət rəhbərinin sözlərinə görə daşlanma hallarının ən çox Xırdalan istiqamətində və Sumqayıta girişdə baş verir.

“Qatarların təmiri baha başa gəlir. Şüşələr bahadır. Bu yola əl atanlar anlamalıdır ki, qatar sınıq şüşəylə hərəkət edə bilməz. Həm də biz bu şüşələri istehsalçı şirkətdən sifariş edirik və şüşələr Minskdən, qatarların istehsal edildiyi şirkətdən gəlir. Gətirilənə qədər də vaxt gedir. İnsanlar üçün də bu xoş deyil. Heç kim istəməz ki, sınıq şüşəli qatarda getsin. Axı insanlar gediş haqqı üçün pul ödəyir. Həmin yola əl atanlar bütün bunları anlamalıdır”.

N. Əzməmmədov qatarlara zərər verənlərin bundan sonra cərimələnə biləcəyini də açıqladı:

“Bu günə qədər şüşələri sındıranlardan heç biri cərimə edilməyib. Ancaq bundan sonra cərimələnə bilər. Çünki QSC bununla bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinə məlumat verib”.

Xuliqanlıq hadisəsini törədən azyaşlıların ailələrinin cərimə edilməsi məsələsi ilə bağlı Daxili İşlər Nazirliyindən bildirdilər ki, belə hallar baş verdikdə azyaşlılar xətt polisi tərəfindən saxlanılır və valideynlərlə profilaktik söhbətlər aparılır. Daha sonra toplanmış bütün materiallar şəhər icra hakimiyyətinin nəzdində fəaliyyət göstərən “yetkinlik yaşına çatmayanların işləri üzrə komisiya”ya göndərilir.

Komisiyada məsələ yenidən araşdırılır və nəticə olaraq İnzibati Xətalar Məcəlləsinin 297-ci maddəsi ilə (yetkinlik yaşına çatmayanların xırda xuliqanlığına görə, valideynlərinin və ya onları əvəz edən şəxslərin məsuliyyəti-14 yaşından 16yaşına qədər olan yetkinlik yaşına çatmayan şəxslərə görə) valideynləri və ya onları əvəz edən şəxslər 30 manatdan 40 manatadək cərimə edilir.

Qatarların daşlanması ilə bağlı Dəmir Yolları QSC 19 oktyabr 2015 tarixində məlumat yaymışdı. Belə ki, 18 oktyabr tarixində saat 18.00 radələrində Bakıdan Sumqayıta hərəkət edən elektrik qatarı 2636-cı km-dən (Xırdalan- 10-cu blok post mənzilində) keçərkən iki naməlum şəxs kustar üsulla hazırlanmış daşatanla qatarı daşa basıblar.

Ərazidə xidmət edən Daxili İşlər Nazirliyinin nəqliyyatda baş polis idarəsinin baş sumqayıt xətt polis bölməsinin əməkdaşları elektrik qatarının pəncərələrini daşlayanları saxlayaraq, bölmənin cinayət-axtarış qrupuna məlumat veriblər.

Araşdırma zamanı saxlananların Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsindəki 147 №-li Texniki Peşə Məktəbinin həyətində yaşayanlar – İmişli rayonunda anadan olan, Sumqayıt şəhər 42 №-li orta məktəbin VII sinif şagirdi Laçın Bilal oğlu Vəlizadə və Göyçay rayonunun İncə kəndində anadan olan Əmiraslan Kamil oğlu Məlikov olduğu müəyyən edilmişdi.

Saxlanılanlar Nəqliyyatda Baş Polis İdarəsinin Baş Sumqayıt xətt polis bölməsinin cinayət-axtarış qrupunun əməkdaşları tərəfindən dindirilərkən, hadisəni törətdiklərini, məqsədlərinin elektrik qatarının pəncərə şüşələrini sındırmaq olduğunu etiraf etmişdilər.


Salxlanılan azyaşlılar


Qatarları daşladıqları daşatanlar

Ümumiyyətlə uşaqları belə bir addımdan çəkindirməyin əsas məsuliyyəti valideynlərinin özərinə düşür. Çünki azyaşlı bu əməlini tam şüurlu şəkildə başa düşmür. Belə hərəkət edən uşaqların valideynləri onlara izah etməlidirlər ki, qatarları daşlamaqla ən əvvəl dövlət büdcəsinə zərər vurulur. Çünki yeni şüşələr və detallar pulla alınır. İkinci olaraq da bu qatarlar cəmiyyət üçündür, hər bir insan istəyər ki, təmiz və səliqəli qatarla yol getsin.Bu qatarlardan əcnəbilər də istifadə edir. Belə hallarla qarşılaşan xarici ölkə vətəndaşınınAzərbaycan əhalisi haqqında nə düşündüyünü bilmək çətin deyil. Ona görə də uşaqlarım bu hərəkətlərinin qarşısının alınmasında valideynlərin üzərinə böyük məsuliyyət düşür.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın