Menu
Geri İrəli

Bakı-Sumqayıt qatarında vahid kartın istifadəsinə nə vaxt başlanılacaq?

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Oktyabr 2015 • Baxış sayı: 487 dəfə • Şərh yoxdur

qatar4Bakı-Sumqayıt sərnişin qatarında vahid kart sisteminin tətbiqi istiqamətində işlər sürətlə davam etdirilir. Bunu Trend-ə açıqlamasında “Azərbaycan Dəmiryolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, stansiyalarda “Bakı Kart” terminalları quraşdırılsa da, sərnişinlərin ondan nə vaxt istifadə edəcəyini demək çətindir: “Bakıdakı Dəmir Yolu Vağzalında artıq terminallar var. Amma buna baxmayaraq, hələlik sərnişinlər kassalardan bilet almaqla qatarların xidmətindən istifadə edirlər. Sərnişinlərin “Bakı Kart”dan istifadə etməsi üçün işlər sürətlənib”.

N.Əzməmmədov Bakı-Sumqayıt qatarına əhali tərəfindən böyük marağın olduğunu qeyd edib və bildirib ki, bu istiqamətlərdə sərnişin sıxlığı olur.

Qurum rəsmisi vurğulayıb ki, hazırda qatarlar qrafik üzrə hərəkət edir, amma gələcəkdə sərnişin sıxlığını nəzərə alaraq qatarların sayının artırılması istisna deyil.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın