Menu
Geri İrəli

“Bakı-Sumqayıt” qatarından yeni xəbər

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Noyabr 2015 • Baxış sayı: 1,180 dəfə • 2 şərh
qatar4Gələn ilin birinci yarısından Biləcəri sakinləri “Azərbaycan Dəmir Yolları” QSC-nin yeni qatarlarından istifadə edə biləcəklər.
Bunu Trend-ə açıqlamasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib.
Onun sözlərinə görə, hazırda Biləcəri stansiyasında yenidənqurma işləri aparıldığı üçün Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarı sözügedən stansiyada dayanmır: “Biləcəri stansiyasında yenidənqurma işləri çərçivəsində yeni turniketlər quraşdırılır, platformalar salınır. Artıq stansiyanın bir hissəsində aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir. İşlər yekunlaşandan sonra qatarlar Biləcəri stansiyasında da dayana biləcək. Bundan sonra Biləcəriyə gəlmək və buradan getmək mümkün olacaq”.
N.Əzməmmədov Bakı-Xırdalan-Sumqayıt qatarları ilə gediş haqqının ödənilməsi üçün istifadə olunan kartlarla bağlı da danışıb: “Kartların doldurulması üçün lazım olan aparatların gələn ildən işləməsi nəzərdə tutulur. Bakı sərnişin vağzalında artıq kart aparatı var. Digər stansiyalarda da aparatlar quraşdırılacaq. Amma onlar gələn ildən tam işləyəcək. Çünki hazırda sözügedən aparatların təminat məsələsi həll olunur”.
Facebook Şərhləndirmə:

““Bakı-Sumqayıt” qatarından yeni xəbər” yazısına 2 cavab

  1. guls deyir:

    Qatarlarin gunorta vaxti bir saat eevvel cekilseydi yax.; olardi telebeler dersden 14 05 de dersden çıxır. Qatar ise saat 16 da Baki vağzalından yola düşür. Telebeler demek olar ki saat yarim yolda boş yere itiriler. Saat 3 e çekilse idi yaxşı olardi

  2. sahin deyir:

    qatarlar ne vaxt gunorta radelerinde fealiyyet gorsedecek ?

Şərhinizi yazın