Menu
Geri İrəli

Bakı-Sumqayıt qatarının istifadəyə verilmə vaxtı bəlli oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 14 İyul 2015 • Baxış sayı: 2,467 dəfə • 3 şərh

yeni_qatar_2_mertebeli_043“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində İsveçrənin “Stadler Rail Group” şirkətinin prezidenti Peter Şpulerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə növbəti ikitərəfli görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dəmir yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında danışıb.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən alınmış KİSS markalı ikimərtəbəli elektrik qatarlarına texniki xidmətinin təşkili üçün “Stadler Rail Group” şirkəti ilə birgə müəssisənin yaradılması, 30 ədəd yataq tipli sərnişin vaqonunun alınmasının maliyyə məsələləri müzakirə olunub. “Stadler Rail Group” baş direktoru Peter Şpuler müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib. İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.

Qeyd edək ki, “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş iki ədəd KİSS markalı ikimərtəbəli elektrik qatarları may ayında Azərbaycana gətirilib. İyunun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıya gətirilən yeni elektrik qatarı ilə tanış olub. Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksəkkeyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir. İkimərtəbəli elektrik qatarları 15 sentyabr tarixində Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində istifadə ediləcək.

Facebook Şərhləndirmə:

“Bakı-Sumqayıt qatarının istifadəyə verilmə vaxtı bəlli oldu” yazısına 3 cavab

  1. Rəhman Orxan deyir:

    İndidən hamıya xəbərdarlıq etmək lazımdır ki, bu gözəl qatarlara öz dədə-babalarının, əsl-nəcabətlətrinin adlarını yazmasınlar. Elələrinə ciddi xəbərdarlıq etmək, əlləri dinc durmasa isə, 6 aydan 1 ilədək zindana basmaq lazımdır. Yalnız bu cür! Başqa cür o vicdansız yaramazlar düzələn deyil. Nəzarət son dərəcə güclü olmalıdır!

  2. Ramin deyir:

    Televiziyada bu xəbər çıxandan səhəri gün getdim stansiyaya görüm televiziyada göstərilən qatarlar necədir, stansiya təmirdəydi və gözətçidən metro barədə soruşdum , dedi ki, 1 ildən sonra düzəlsə böyük şeydir.

  3. Ramil deyir:

    Insallah hamı üçün xeyirli olar. Qiymətini də açıqlasalar daha yaxşı olardı. Uğurlu yollar.

Şərhinizi yazın