Menu
Geri İrəli

Bakı-Sumqayıt qatarlarının sürəti və qrafiki dəyişdi

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Fevral 2016 • Baxış sayı: 577 dəfə • Şərh yoxdur

qatar4Fevral ayının 15-dən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun virtualaz.org-a verdiyi məlumata görə, yolda olma vaxtı 48 dəqiqədən 40 dəqiqəyə endiriləcək. .

Sərnişinlərin arzu və təklifləri, eyni zamanda bu istiqamətdə sərnişin sıxlıgı nəzərə alınaraq, Fevral ayının 15-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcəkdir.

Belə ki, Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının sayı 12 cütədək artırılacaq, yolda olma vaxtı 48 dəqiqədən 40 dəqiqəyə endiriləcəkdir.

Beləliklə, Bakı-Sumqayıt elektrik qatarları Baki sərnişin stansiyasından saat 05:00, 05:20, 05:35, 05:50, 08:00, 08:50, 14:30, 17:25, 18:20, 18:40, 19:15 və 19:50-də, Sumqayıt-sərnişin stansiyasından 06:50, 07:25, 07.45, 08:00, 08:50, 09:40, 15:50, 18:20, 19:30, 20:05, 20:40 və 21:00-da yola düşəcək.

Bundan başqa, hər şənbə, bazar və bayram günləri sərnişin sıxlıgının azalması nəzərə alınaraq aşağıdakı elektrik qatarları hərəkətdə olmayacaq: Bakı-sərnişin stansiyasından saat 05-00-da, 05-20-də, 05-35-də, 18-20-də, 19-15-də, Sumqayıt-sərnişin stansiyasından saat 06-50-də, 07-25-də, 07-45-də, 19-30-da, 20-40-da yola düşən.

Sərnişin sıxlıgı ilə bağlı Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.

BAKI-SUMQAYIT ELEKTRİK QATARLARININ HƏRƏKƏT

C Ə D V Ə L İ

«15» fevral 2016-cı ildən

Facebook Şərhləndirmə:

Şərhinizi yazın