Menu
Geri İrəli

Bakı-Sumqayıt sərnişin sahəsində 50-ci kilometr əsaslı təmir olunur

Müəllif: sumqayitxeber.com • Tarix: 6 İyun 2015 • Baxış sayı: 445 dəfə • Şərh yoxdur
Share Button

demir yoluBakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri davam edir. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-dən deyiblər.

Hazırda Keşlə-Bakı sərnişin mənzilində 1 km uzunluğunda baş yolun təmiri həyata keçirilir.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib və bu günə kimi 49 km yol əsaslı təmir olunub.

Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.

Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur.

Əsaslı təmir işləri başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaqdır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın