Menu
Geri İrəli

Bakı-Sumqayıt şosesi ilə bağlı yeni layihə müzakirə olunur

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Noyabr 2013 • Baxış sayı: 494 dəfə • 1 şərh

tixac

“Bakı-Sumqayıt yoluna əlavə alternativ yol çəkilə bilər”. Bu barədə ANS PRESS-ə müsahibəsində Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib. Onun sözlərinə görə, Bakı-Sumqayıt şosesi ilə bağlı yeni bir layihə müzakirə olunur. Xırdalan dairəsindən birbaşa Yeni Yasamaldan keçən böyük dairəvi yola əlavə yolun çəkilməsi nəzərdə tutulur.

“Bakı-Sumqayıt yolunun yükünü azaltmaq üçün məhz əlavə alternativ yol çəkilməlidir. Sözügedən şosedə 5,6 zolaq var lakin elə bir hissə var ki, orada zolaqların sayı azalır. Bu isə yolun ötürücülük qabiliyyətini aşağı salır. Nəzərə alsaq ki, bakıya işləməyə gələnlərin əksəriyyətini Sumqayıtdan gələnlər təşkil edir bu da səhər və axşam saatlarında dəhşətli tıxaclara səbəb olur. Layihə təsdiqini taparsa bu barədə ictimaiətə məlumat veriləcək”.

Facebook Şərhləndirmə:

“Bakı-Sumqayıt şosesi ilə bağlı yeni layihə müzakirə olunur” yazısına bir cavab

Şərhinizi yazın