Menu
Geri İrəli

Bakı-Sumqayıt şosesində ağır qəza: Bakıya giriş bağlandı – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Avqust 2013 • Baxış sayı: 336 dəfə • 1 şərh

Dünən gecə saatlarında Bakı-Sumqayıt magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib. 

AzNews.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, avtovağzal yaxınlığında baş verən qəzaya “Renault” markalı avtomobil səbəb olub. Belə ki, sürətlə hərəkət edən maşın meyvə dolu “Qaz-EL”-ə çırpılıb. Hadisə nəticəsində “Renault” tamamilə yararsız hala düşüb, avtomobilin ban hissəsi yük maşının altında qalıb. Amma möcüzə nəticəsində ölən olmayıb, sürücü və sərnişin yüngül xəsarət alıb.

“Qaz-l”in daşıdığı meyvə şoseyə dağılıb, bundan başqa yol iki saata qədər bağlı qalıb.

Facebook Şərhləndirmə:

“Bakı-Sumqayıt şosesində ağır qəza: Bakıya giriş bağlandı – FOTO” yazısına bir cavab

  1. Arzu deyir:

    Pulla prava alinanada bele olacaqda,bu Azerbaycanda nizam intizam olmayib olmyacaqda ne qederki ruwvetxorculuq var,bu hadiselerin en bawlica sebebi,en bawlica menbeyi ruwvetxorluqdan bawlayir,imtahan verib oz bilikleri ile yol hereket qaydalarini duzgun bilseler hec bu qederde olum itim olmaz.Yerinden duran 850 man verib prava alir

Şərhinizi yazın