Menu
Geri İrəli

Bakı- Sumqayıt şosesində ağır qəza: yol bağlandı- Fotolar

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Sentyabr 2013 • Baxış sayı: 165 dəfə • Şərh yoxdur

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır qəza baş verib.

Saat 7.30 radələrində yolun “Delfın” otelinin qarşısından keçən hissəsində ağır tonnajlı “KamAz” markalı maşın aşıb.

İlkin ehtimallara görə, qəzaya səbəb maşının sürücüsünün idarəetməni itirməsi olub. AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəzadan sonra yol bağlanıb.

Nəticədə yolda uzun tıxac yaranıb. Yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb.

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın