Menu
Geri İrəli

Bakı-Sumqayıt yolu bağlanacaq?

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2015 • Baxış sayı: 523 dəfə • Şərh yoxdur

baki sumqayitAvtovağzalın ətrafında sürüşmə Bakı Sumqayıt yolunun bağlanmasına səbəb ola bilər.

“Qafqazinfo”nun xəzər tv-yə istinadən məlumatına görə, sürüşmə səbəbi ilə yaranan çatları əvvələr təkcə avtovağzal ərazisində görmək mümkün idisə, indi bu çatları Bakı-Sumqayıt yolunun Bakı istiqamətinə hərəkət edən hissəsində də görmək mümkündür.

Havaların quraq keçməsi səbəbi ilə sürüşmənin zəif getdiyi bildirilsə də mütəxəsislər həyacan təbili çalır. Avtovağzalı torpaq sürüşməsindən qoruyan istinad divarında da deformasiyalar müşahidə edilir.

Sürüşmə Avtovağzalın istinad divarınada təsir etdiyindən dəmir beton konstruksiyayla istinad divarının möhkəmləndirilməsi işi həyata keçirilir. Mütəxəsisilərin fikrincə həmin ərazidən torpaq tamamilə daşına və daha möhkəm istinad divarı çəkilə bilər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın