Menu
Geri İrəli

Bakı-Sumqayıt yolu ilə gedənlərə şad xəbər

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Mart 2014 • Baxış sayı: 1,097 dəfə • Şərh yoxdur
Share Button

Bakı və Sumqayıt şəhərləri arasında avtomobil yolunda müşahidə olunan tıxac problemi tezliklə həllini tapacaq və avtonəqliyyat vasitələrinin hərəkəti normal vəziyyətə gətiriləcək.

Hazırda bu məqsədlə Bakıdan Sumqayıt istiqamətində (Biləcəri qəsəbəsi hissəsində) yeni bir aşırımlı körpü inşa olunur. Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyinin Katibliyinin rəisi Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, körpünün yanaşma yolları yeni inşa olunan yerüstü piyada keçidinə qədər davam edəcək: «Onun yan hissəsində isə dairəvi hərəkətin yaradılması planlaşdırılır. Bu da avtomobillərin istənilən istiqamətdə hərəkətini təmin edəcək. Bununla da avtomobillərin normal hərəkəti təmin olunacaq».

N.Həsənov əlavə edib ki, körpünün tikintisi ilə bağlı işlərin bu ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulub. İşlər planlaşdırılan vaxtda bitərsə, körpü nəzərdə tutulan vaxt istifadəyə veriləcək.

korpu

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın