Menu
Geri İrəli

Bakı – Sumqayıt yolunda 4 saatdır tıxacdır

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Avqust 2014 • Baxış sayı: 725 dəfə • Şərh yoxdur

60959Bakı – Sumqayıt yolunun Şamaxinka adlanan ərazisində uzun tıxac yaranıb. 

“Qafqazinfo” xəbər verir ki, Aktual.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, ərazidə qeydə alınan tıxac təxminən dörd saatdır ki, davam edir.

Müxbirimiz bildirir ki, tıxacın aradan qaldırılması üçün  növbə çəkən Yol Patrul Xidmətinin əməkdaşı Bakı – Sumqayıt yolunun bağlı olduğunu və ona görə də alternativ kimi, Biləcəri istiqamətindən hərəkət etmək lazım olduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, paytaxtda yaranan tıxac geniş ərazini əhatə edir. Əməkdaşımız xəbər verir ki, Binəqədi yolunda da maşınların hərəkəti iflic vəziyyətə düşüb. Binəqədi kəndinə giriş yol polisi əməkdaşları tərəfindən qadağan edilib. Sürücülər məcbur olub Binəqədi – Balaxanı kəsişməsindən istifadə edir, lakin yolun yararsız olması, ərazi də uzun tıxacın yaranmasına səbəb olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın