Menu
Geri İrəli

Bakı-Sumqayıt yolunda döyüş sutsatı aşkarlandı

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Sentyabr 2010 • Baxış sayı: 206 dəfə • Şərh yoxdur

sumqayitxeber.com saytı Fövqəladə Hallar Nazirliyinə  istinadən məlumat verir ki, Abşeron rayonu ərazisində, Bakı-Sumqayıt avtomobil yolunun 16-cı kilometrliyində döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib.

Hadisə yerinə baxış keçirilərkən aşkarlanmış sursatın korroziyaya uğramış və bu səbəbdən daşınması mümkün olmayan “F-1″ tipli 1 ədəd əl qumbarası olduğu müəyyən edilmişdir. Xilasedicilər hadisə yerinə toplaşmış insanları təhlükəsiz məsafəyə uzaqlaşdırmış və aşkarlanmış qumbara nazirliyin mütəxəssisləri tərəfindən təhlükəsiz vəziyyətə salınmışdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın