Menu
Geri İrəli

Bakı-Sumqayıt yolunda hərəkət “öldü”

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Fevral 2012 • Baxış sayı: 200 dəfə • Şərh yoxdur

Bakı-Sumqayıt yolu bağlanıb. ANS PRESS-in müxbirinin verdiyi məlumata görə, paytaxtdan Sumqayıt istiqamətinə gedən yollarda hərəkət dayanıb. Buna səbəb yolların buz bağlamasıdır.
Yolların buz bağlaması səbəbindən Bakı-Sumqayıt magistralında böyük tıxac yaranıb. Yolun bəzi hissələrində avtomobil qəzaları baş verib.
Tıxac Saray qəsəbəsi ərazisində yerləşən Yol Polisi Postundan o yana uzanır. Yola qum və duz qarışığı səpilməyib.
Məlumata görə, Bakı-Quba istiqamətində də yolun hərəkəti dayanıb. Paytaxta gələn və paytaxtdan əyalətlərə gedən avtomobillərin hərəkəti donub. Maşınlarda olan vətəndaşlar artıq bir neçə saatdır ki, yolun açılmasını gözləyir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın