Menu
Geri İrəli

Bakı-Sumqayıt yolunda qəza böyük tıxaca səbəb oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Oktyabr 2013 • Baxış sayı: 181 dəfə • Şərh yoxdur

Bu gün saat 08:00 radələrində Bakı-Sumqayıt yolu istiqamətində, Masazır yolunda ağır avtomobil qəzası baş verib. ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, “Mercedes” markalı avtomobil ilə “Hundai” markalı maşın toqquşub. Qəza nəticəsində yolda böyük tıxac yaranıb.

Abşeron rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, qəza nəticəsində hər iki avtomobilin sürücüsü yaralanıb. Xoşbəxtlikdən qəza nəticəsində ölən olmayıb. Ehtimal olunur ki, qəzanın baş verməsinə yüksək sürət və ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi səbəb səbəb olub.

Hazırda polis yaranan tıxacın aradan qaldırılması istiqamətində çalışır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın