Menu
Geri İrəli

Bakı-Sumqayıt yolunda silahlı polis postu qurulub

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2009 • Baxış sayı: 243 dəfə • Şərh yoxdur

Dünən axşamdan etibarən polis əməkdaşları şəhərə giriş-çıxışa ciddi nəzarət edirlər

Oktyabrın 19-u axşam saatlarından Bakı-Sumqayıt yolunda, paytaxtın girişində silahlı polis postu qurulub. APA-nın məlumatına görə, polis əməkdaşları şəhərə giriş-çıxışa ciddi nəzarət edirlər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov APA-ya bildirib ki, bu hər hansı bir hadisə ilə bağlı xüsusi yaradılmış nəzarət deyil: “Sadəcə, asayişin qorunması, cinayətkarlığın qarşısını alınması ilə bağlı həyata keçirilən tədbirdir”.

LENT.AZ

Facebook Şərhləndirmə:

Şərhinizi yazın