Menu
Geri İrəli

Bakı-Sumqayıt yolunda sürücü və sərnişinlər təngə gəldi

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Oktyabr 2013 • Baxış sayı: 145 dəfə • Şərh yoxdur

Bu gün Bakı-Sumqayıt yolunun Xırdalan dairəsi hissəsindən 20 Yanvar metrosunadək olan ərazidə nəqliyyatın sıxlığı müşahidə olunub. SİA-nın məlumatına görə, uzun maşın karvanını xatırladan tıxac nəqliyyatın hərəkətini məhdudlaşdırıb. 2 saata yaxındır ki, davam edən tıxac həm sürücülərin, həm də sərnişinlərin narazılığına səbəb olub. Sürücülər alternativ yol kimi digər yerləri seçsələr də, bu mümkün olmayıb. Çünki Sumqayıtdan Bakıya gəlmək üçün Binəqədi, Novxanı istiqamətlərində də eyni vəziyyət hökm sürür. Sərnişinlər əlacsız vəziyyətdə qalaraq 20 Yanvar metrosuna kimi olan ərazini piyada qət etmək məcburiyyətində qalıblar. Ərazidə isə heç bir polis gözə dəyməyib.

Hazırda ərazidə bir ucu bilinməyən tıxac davam etməkdədir.

Xatırladaq ki, həmin ərazidə bu cür narahatedici hal hər gün davam etməkdədir.

Ceyhun Rasimoğlu

Facebook Şərhləndirmə:

Şərhinizi yazın