Menu
Geri İrəli

Bakı-Sumqayıt yolunda tıxac olmayacaq – 3 aydan sonra

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Mart 2015 • Baxış sayı: 589 dəfə • Şərh yoxdur

1386847036_tixac_yagisli_yol_01

Bakı-Xırdalan-Sumqayıt sərnişin dəmiryol xəttində təmir işləri davam etdirilir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov AzVision.az-a açıqlamasında bildirib ki, indiyədək 4350 metr yol təmir olunub.

Onun sözlərinə görə, ümumilikdə 63 km uzunluğunda baş yolların əsaslı təmiri nəzərdə tutulub.

“Bu işlər 3 ay müddətində yekunlaşacaq. Hazırda həmin ərazidə işlər davam etdirilir”. 

Qeyd edək ki, bundan əlavə Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi nəzərdə tutulur. Əsaslı təmir işlərini İnfrastruktur Departmaentinin köməkliyi ilə “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. Əsaslı təmir işləri başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.

Ümumilkdə Bakı-Xırdalan-Sumqayıt sərnişin dəmiryol xəttinin yenidən qurulması tıxac probleminin həllinə yönəlib.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın