Menu
Geri İrəli

Bakı-Sumqayıt yolunda üç maşın toqquşub, yaralananlar var

Müəllif: sumqayitxeber.com • Tarix: 20 May 2014 • Baxış sayı: 799 dəfə • Şərh yoxdur

Bakı-Sumqayıt yolunda zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın məlumatına görə, qəza yolun Xırdalan dairəsi istiqamətindəki hissəsində baş verib.

Yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil qarşıda hərəkətdə olan başqa bir “Mercedes”ə çırpılıb. İkinci “Mersedes”in sürücüsü zərbədən sonra idarəetməni itirib, nəticədə maşın əvvəlcə yol kənarındakı beton arakəsməyə, daha sonra isə “Hyundai-Azero” markalı avtomobilə dəyib.

Qəza nəticəsində “Mercedes”də olan iki nəfər xəsarət alıb. Yaralılar hadisə şahidləri tərəfindən xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

qeza-baki-sum qeza-baki-sum2 qeza-sum-4

Facebook Şərhləndirmə:

Şərhinizi yazın