Menu
Geri İrəli

Bakı-Sumqayıt yolunda yük maşını aşdı, sürücü yaralandı

Müəllif: sumqayitxeber.com • Tarix: 7 May 2015 • Baxış sayı: 522 dəfə • Şərh yoxdur
Share Button

352d5254e9305d113b7904a23f1b8489Bakı-Sumqayıt yolunun 14-cü kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, Sumqayıt şəhərindən paytaxt istiqamətində hərəkətdə olan “Mercedes” markalı yük maşınının sürücüsü, 1961-ci il təvəllüdlü Məcidov Ağababa Qulam oğlu idarəetməni itirib. Nəticədə yük maşını yoldan çıxaraq, aşıb.

Qəza zamanı xəsarət alan sürücü hadisə şahidlərinin səyləri ilə avtomobildən çıxarılıb. Ağababa Məcidov təcili tibbi yardım briqadası tərəfindən 1 saylı Şəhər KLiniki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan Lent.az-a verilən məlumata görə, ağır kəllə-beyin travması və baş beyinin silkələnməsi diaqnozu qoyulan sürücü reanimasiya şöbəsinə yerləşdirilib.

Aşan avtomobil yüklü olub. Onun yük yerində olan qum yola dağılıb. Qəza nəticəsində Sumqayıtdan Bakı istiqamətində tuneldə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb. Bakıya gələn maşınlar kənar yolla hərəkət etməli olublar. Yük maşını aşan zaman tunelin beton divarını da uçurub.

Qəzadan sonra hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları, eləcə də, hadisənin fəsadlarının aradan qaldırılması üçün ağır texnika cəlb edilib. Aşan yük maşını çətinliklə olsa da, ərazidən uzaqlaşdırılıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın