Menu
Geri İrəli

Bakı-Sumqayıt yolunu bağlamaq istədilər

Müəllif: sumqayitxeber.com • Tarix: 27 May 2014 • Baxış sayı: 535 dəfə • Şərh yoxdur

45821

Binəqədi rayonunun sakinləri Bakı-Sumqayıt yolunu bağlamağa cəhd ediblər. Sakinlərdən ANS PRESS-ə verdikləri məlumata görə, etiraz aksiyasının keçirilməsinə səbəb rayonun “Döngə 3” küçəsinə içməli suyun verilməməsidir. Sakinlər bildirir ki, 2 aydan çoxdur ki, qeyd edilən küçəyə içməli su verilmir. Onların sözlərinə görə, iki həftə bundan əvvəl keçirdikləri etiraz akisyası zamanı aidiyyatı qurumlar söz vermişdilər ki, 1-2 günə içməli su problem həll olunacaq. Etirazçılar deyir ki, qurum nümayəndələri dediklərinə əməl etmədirlər.

Xatırladaq ki, mayın 17-də “Döngə 3” küçəsinin sakinləri içməli suyun veriulməməsi ilə bağlı etiraz aksiyası keçirmişdi. Nümayişçiləri sakitləşdirmək üçün əraziyə aidiyyatı qurumların nümayəndələri gəlmişdi. Etirazçılarla görüşdə İlqar Süleymanov, Binəqədi rayon su idarəsinin sədri Əhliman Mansurov və “Azərsu” ASC-nin nümayəndəsi Səid Hüseynov iştirak etmişdi. Qurum nümayəndələri sakinlərə həmin gündən problemin həll olunacağını demişdi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın