Menu
Geri İrəli

Bakı-Sumqayıt yolunun kənarında xeyli silah-sursat tapıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 27 May 2014 • Baxış sayı: 806 dəfə • Şərh yoxdur

sialh-sursatAzərbaycanda tapılan döyüş sursatları ərazidən götürülüb

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı-Sumqayıt yolunun kənarında bu gün saat 16.30 radələrində xeyli miqdarda döyüş sursatı aşkar edilib.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə yararsız halda olan 130 ədəd qumbaraatan, 16 ədəd PQ qumbaraatan mərmisi, 1 ədəd aviasiya bombası, 1 ədəd 102 mm-lik mərminin korpusu və istifadəyə yararlı olan 1 ədəd 102 mm-lik və 80 mm-lik mərmini zərərsizləşdirmək üçün təhlükəsiz zonaya aparıblar.

***
17.57

Azərbaycanda döyüş sursatları tapılıb.

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, döyüş sursatları Bakı-Sumqayıt yolunun 29-cu kilometrliyində aşkarlanıb.

Bakı-Sumqayıt yolunun kənarında bir neçə ədəd top mərmisi tapılıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın