Menu
Geri İrəli

Bakı və Sumqayıtdan sığınacaqlar yığışdırıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Fevral 2014 • Baxış sayı: 290 dəfə • Şərh yoxdur


Ötən gündən etibarən Bakıda və Sumqayıt şəhərində salınan sığınacaqlar yığışdırılıb.

Bunu AzVision.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.
Onun sözlərinə görə, dünəndən etibarən sığınacaqlar yığışdırılıb.
Qeyd edək ki, ölkə ərazisində qarlı-şaxtalı hava şəraitinin hökm sürməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının ayrı-ayrı rayonlarında və Sumqayıt şəhərində təşkil edilən müvəqqəti sığınacaqlar salınmışdı. 31 yanvar tarixindən etibarən təşkil edilən sığınacaqlardan istifadə edənlərin böyük qismi açıq havada səyyar işləyənlər və rayondan müvəqqəti olaraq Bakıya gələrək yenidən öz rayonuna qayıtmaqda çətinlik çəkənlər olublar.

siqinacaq

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın