Menu
Geri İrəli

Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun yarısı əsaslı təmir olunub – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 8 May 2015 • Baxış sayı: 564 dəfə • Şərh yoxdur

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri davam edir.

“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, hazırda Xırdalan stansiyasının 1125 metr uzunluğunda baş yollarının təmiri həyata keçirilir.

Artıq köhnə yolun söküntüsü başa çatıb.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib və bu günə kimi 32 km yol əsaslı təmir olunub. Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur. Əsaslı təmir işləri başa çatdıqdan sonradan elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaqdır.

6d0fd95fb169d28559539040e71518a6

Facebook Şərhləndirmə:

Şərhinizi yazın