Menu
Geri İrəli

Bakıda 177 saylı orta məktəbdə aksiya

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Dekabr 2013 • Baxış sayı: 274 dəfə • Şərh yoxdur

Direktorun məktəbə daxil olmasına icazə verilmir.

Bakıda 177 saylı orta məktəbdə aksiya keçirilir.

sumqayitxeber.com apa.az-a istinadən xəbər verir ki, şagirdlər, valideynlər müəllim heyəti məktəbə yeni direktor təyin olunmuş Həqiqət Məmmədovanın binaya daxil olmasına icazə vermirlər.

Hadisə yerində olan Bakı Şəhər Təhsil İdarəsinin aparıcı məsləhətçisi Xəyyam Fərəcov açıqlamasında bildirib ki, 177 saylı məktəbin direktoru Əqidə Məmmədova öz ərizəsi ilə müraciət edərək məzuniyyətə getmək istədiyini bildirib.

Bundan sonra o, məzuniyyətə göndərilib və Təhsil Nazirliyinin müvafiq əmri ilə 60 saylı məktəbin direktoru Həqiqət Məmmədova 177 saylı orta məktəbdə direktorun vəzifəsini müvəqqəti icra eUntitled-1tmək üçün təyin edilib. Lakin həmin direktorun məktəbə daxil olmasına icazə verilmir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın