Menu
Geri İrəli

Bakıda güclü zəlzələ baş verərsə köhnə binalar buna davam gətirəcək? – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Noyabr 2013 • Baxış sayı: 168 dəfə • Şərh yoxdur

zelzeleRespublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə bu gün paytaxt ərazisində baş verə biləcək zəlzələ 8-9 baldan yuxarı ola bilməz. Yəni yerin qurunt şəraitinə uyğun olaraq bu səviyyə artarsa ola bilər ki, Bakının müəyyən ərazisində ən çoxu 9 bal gücündə zəlzələ baş versin.

Buna görə də tikilən binalar bu bala müvafiq inşa edilməlidir.

Mütəxəssislərin sözlərinə görə, əgər paytaxda 8 və ya 9 bal gücündə zəlzələ baş verərsə o hər zaman köhnə binaların hamısı dağılacaq. Ona görə yox ki, sovet dövründə o binalar pis tikilib. Sadəcə ona görə ki, həmin binaların o zaman seysmik göstəriciləri 6 balla qiymətləndirilib.

Müasir tikililərdə, körpülərdə, yol qovşaqlarında seysmik göstəricinin 8-9 bala uyğun olduğunu deyən seysmoloji xidmət mərkəzinin şöbə müdiri Tahir Məmmədli yeni binaların zəlzələyə daha davamlı və təhlükəsiz olduğunu bildirdi. Onu da əlavə etdi ki, yeni binalar tikilərkən onun maksimum neçə bal gücündə zəlzələyə davamlı olması ilə bağlı tikinti şirkətlərinə rəy verilir. Ölkədəki zəlzələ ocaqlarının əvvəlcədən müəyyən etmək üçün seysmoloji xəritələr yaradıldığını, vaxtaşırı müxtəlif ərazilərdə monitorinqlər aparıldığını deyən şöbə müdiri təhlükəli zəlzələ ocaqlarından da söz açdı.

Tahir Məmmədli gələcəkdə Azərbaycanda güclü zəlzələlərin baş verəcəyini də istisna etmədi. Bildirdi ki, insanlar zəlzələ və ya istənilən təbiət hadisələrinə hazırlıqlı olmalıdırlar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın